Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiya paketini təsdiqləyib
06.10.2022 13:17
Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiya paketini təsdiqləyib, bu barədə Avropa Komissiyasından bildirilib.
Yeni sanksiyada Rusiya neftinin qiymətinə, bu ölkədən polad, kağız, kimya məhsulları, plastik və siqaretlərin ixracına, hüquq, informasiya texnologiyaları və mühəndis xidmətlərinin göstərilməsinə və s. məhdudiyyətlər tətbiq edilir.