• $
  • €
  • ₽
  • ₺
  • £

Misir kraliçası Nefertitinin sərdabəsi tapılıb

Misir kraliçası Nefertitinin sərdabəsi tapılıb
07.10.2022 09:05
Misir kraliçası Nefertitinin sərdabəsi tapılıb və kraliçanın mumiyasının müəyyən edilməsi üçün DNT analizləri aparılır. Bu barədə xarici KİV yazıb.
 
Sərdabəni misirşünas Zahi Havasın tapdığı qeyd edilib.

"Bizdə artıq fironların 18-ci sülaləsinin mumiyalarının DNT-si var. Bu nümunələr II Axenatendən III Amenhotepə qədər dövrə aiddir. Bu ərazidə əfsanəvi firon Tutanhamonun anası Nefertitinin mumiyasının da olduğuna əminəm və oktyabr ərzin də DNT-nin nəticələrinə əsasən bunu rəsmən elan edəcəyik”, -Havas bildirib.

Misirli alim qeyd edib ki, sərdabədə 10 yaşlı bir uşağın da mumiyası var. Güman edilir ki, bu, Tutanhamonun qardaşıdır.

Nefertiti eramızdan əvvəl 1370-1330-cu illər arasında yaşayıb. Gözəllik rəmzi olan kraliça firon Tutanhamonun ögey anası və Qədim Misirin firavanlıq dövründə hökmranlıq etmiş firon Axenatonun arvadı idi. Nefertiti öz gözəlliyi ilə tanınmış idi, o, indi Almaniyadakı Neues Muzeyində olan ikonik büstdə təsvir edilib. Bununla belə, Nefertiti ən çox mübahisəli firon Akhenaten ilə evliliyi ilə də həmin dövrdə müzakirələrə səbəb olub. 

Son yeddi il ərzində arxeoloqlar Nefertitinin məzarını tapdıqlarını iddia edirdilər.

Arxeoloji dünya əsrin tapıntısının təsdiqlənməsini səbirsizliklə gözləyir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol