• $
  • €
  • ₽
  • ₺
  • £

NATO Rusiyanı Ukrayna sərhədindən çəkilməyə çağırdı

NATO Rusiyanı Ukrayna sərhədindən çəkilməyə çağırdı
12.04.2014 16:23
Alyansın baş katibi Anders Foq Rasmussen Moskvanı Qərblə dialoqa girməyə səslədiNATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanı öz əsgərlərini Ukrayna sərhədindən çəkərək, Qərblə dialoqa girməyə çağırıb. ANS PRESS-in məlumatına görə, Bolqarıstan səfəri zamanı keçirdiyi mətbuat konfransında NATO-nun Ukrayna böhranı ilə bağlı mövqeyindən danışan Rasmussen, vəziyyətdən çıxış yolunun yalnız böhranın siyasi və diplomatik bir həll yolunun tapılması olduğunu deyib. O, həmçinin NATO-nun öz müttəfiqlərini lazımınca müdafiə edilməsi üçün lazımi addımları atacağını da vurğulayıb."Bu istiqamətdə atılacaq ilk addım Rusiyanın öz əsgərlərini geri çəkərək, gərginliyin azalmasına töhfə verməsi və bununla da, beynəlxalq öhdəlikləri ilə vədlərini yerinə yetirməsi olmalıdır. Rusiya Ukrayna hökuməti ilə birbaşa dialoqa da girməlidir. Burada hərbi əməliyyatlardan danışmırıq, amma istənilən lazımi addımı atacağıq" - Rasmussen belə deyib.Qeyd edək ki, dünən NATO Ukrayna sərhədində hazır vəziyyətdə olan tanklar, zirehli maşınlar, ağır artilleriya və təyyarələrlə yanaşı, 40 min rusiyalı əsgərin göründüyünü iddia etdiyi peyk şəkillərini yayıb.  ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol