Rusiya Ukraynaya 75 raket atıb

Ruslar Ukrayna ərazisinə 75 raket atıb, onlardan 41-i Ukraynanın hava hücumundan müdafiə sistemlərini vurub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.
"Terrorçu ölkə olan Rusiya Federasiyası hücum PUA-larından istifadə edərək Ukrayna ərazisinə kütləvi raket və hava zərbələri endirir. Səhər saatlarında təcavüzkar 75 raket atıb. Onlardan 41-i zenit müdafiəmiz tərəfindən zərərsizləşdirilib", - o bildirib.
Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub.
Aytac
www.anews.az
























