• $
  • €
  • ₽
  • ₺
  • £

Putin: Rusiya qlobal maliyyə sisteminə yenidən baxılmasının tərəfdarıdır

Putin: Rusiya qlobal maliyyə sisteminə yenidən baxılmasının tərəfdarıdır
13.10.2022 10:37
Rusiya qlobal maliyyə sisteminin prinsiplərinə yenidən baxmağa çağırır, bunu Vladimir Putin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VI sammitində çıxışı zamanı bildirib
 
Onun sözlərinə görə, Rusiyanın Asiyadakı bir çox tərəfdaşı bunu istəyir.


Rusiya Federasiyasının Prezidenti, həmçinin dünyada enerji və ərzaq qiymətlərində yaranan qeyri-sabitlik nəticəsində real qıtlıq təhlükəsinin və genişmiqyaslı sarsıntıların mövcudluğunu qeyd edib.

O, həmçinin əlavə edib ki, Rusiya enerji təchizatı üçün milli valyutalarda hesablaşmalara keçməyə davam edəcək, çünki bu, Rusiya Federasiyasının və onun tərəfdaşlarının maliyyə suverenliyinin gücləndirilməsinə, daxili kapital bazarlarının inkişafına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə kömək edir.


Daha əvvəl Putin bildirib ki, dünya iqtisadiyyatı və energetikası hazırda qiymət qeyri-sabitliyi və bazar balanssızlığı ilə bağlı kəskin böhran yaşayır.
 
Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilir.


Tədbirdə Azərbaycan, İraq, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan, Belarus dövlət başçıları, eyni zamanda Vyetnamın vitse-prezidenti və Çin rəhbərinin müavini iştirak edir.

Gülnar Nazimqızı 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol