• $
  • €
  • ₽
  • ₺
  • £

İranda məktəbli qız döyülüb - SƏBƏB

İranda məktəbli qız döyülüb - SƏBƏB
13.10.2022 12:43
Urmuda məktəbli qız hicabını açdığı uçün vəhşicəsinə döyülərək xəstəxanaya yerləşdirilib. Bu barədə güneyli fəallar məlumat yayıb.

Urmuda  məktəbli yeniyetmə qız hicabını açdığına görə, ağır şəkildə döyülüb və huşsuz vəziyyətdə xəstəxanaya köçürülüb. 

Hökumət qüvvələri onun ailəsinə təzyiq edərək məsələni ictimailəşdirməməyi, qızın guya xəstə olduğunu demələrini tələb ediblər.

İran mediası hadisənin əks-inqilabçılar tərəfindən şişirdildiyini, şagirdin baş ağrısı səbəbindən özündən getdiyini və xəstəxanada müalicə olunduğunu iddia edir.

Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin yaydığı açıqlamasında isə yeniyetmənin baş gicəllənməsinə görə xəstəxanaya köçürüldüyü bildirilir.

Məhsa Əmini İranın əxlaq polisi tərəfindən döyülərək komaya düşdüyü zaman da İran rəsmiləri oxşar iddialar səsləndirmişdi. 

Belə ki, rəsmilər onun xəstə olduğu üçün xəstəxanaya yerləşdirildiyini, Məhsaya qarşı zorakılıq edilmədiyini iddia ediblər.
 
Aytac

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol