• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda casusluqda ittiham olunan hərbçi saxlanılıb

Ermənistanda casusluqda ittiham olunan hərbçi saxlanılıb
15.10.2022 11:16
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-Kəşfiyyat İdarəsi casusluq edən şəxsi saxlayıb.



"Hraparak”ın bildirdiyinə görə,  N saylı hərbi hissədə müqaviləli hərbi qulluçu olan tağım komandiri Müdafiə Nazirliyinin dövlət və xidməti sirri təşkil edən məlumat və sənədlərini "Odnoklassnik” sosial şəbəkəsi vasitəsilə xarici xüsusi xidmət orqanlarına ötürüb.

Qeyd edilir ki, həmin şəxs döyüş mövqelərinin adları, rabitə yolları haqqında məlumatları özündə əks etdirən müxtəlif məxfi sənədlər, batalyon komanda məntəqələri, mövqelərarası məsafələr, onların texnikası haqda informasiyanı satıb.
Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və xarici təhlükəsizliyinə zərər vurmaqla dövlətə xəyanət etməkdə suçlanan hərbçiyə cinayət işi açılıb.

Ona qarşı ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.Milli Təhlükəsizlik Xidməti bir daha hərbçiləri şübhəli şəxslərlə sosial şəbəkələr vasitəsilə və ya başqa üsullarla tanış olmaqdan, hərbi xarakterli məlumatları onlara ötürməkdən çəkinməyə çağırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol