• $
  • €
  • ₽
  • ₺
  • £

Xersona giriş qadağan olundu

Xersona giriş qadağan olundu
19.10.2022 14:07
Ukraynanın Xerson vilayətinə giriş mülki vətəndaşlar üçün 7 gün müddətinə bağlanıb. Bu barədə Xersondakı rusyönümlü "rəhbər" Vladimir Saldo "Rossiya 24” kanalının efirində bildirib.

Xerson vilayətinin sağ sahilinin sakinləri onları təcili olaraq bölgəni tərk etməyə çağıran SMS alıblar.

"Hörmətli sakinlər! Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqələrini atəşə tutacaq. Saat 7:00-dan Reçportdan Sol sahilə avtobuslar hərəkətdədir",  - mesajda deyilir.

Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Volodimir Saldo bildirib ki, təhlükəsizlik məqsədilə regionda bir neçə bələdiyyənin "mülki əhalinin mütəşəkkil şəkildə Dnepr çayının sol sahilinə köçürülməsi” elan edilib.

Bundan əvvəl Xerson vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən müavini Kirill Stremousov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu yaxın vaxtlarda başlaya bilər.

Bununla əlaqədar Stremousov Dnepr çayının sağ sahilində yerləşən Xerson vilayətinin rayonlarının sakinlərini Rusiyanın digər regionlarına təxliyə etməyə çağırıb.
 

 
Aytac


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol