• $
  • €
  • ₽
  • ₺
  • £

Financial Times: Aİ yeni ukraynalı miqrant axınına hazırlaşır

Financial Times: Aİ yeni ukraynalı miqrant axınına hazırlaşır
21.10.2022 20:12
Avropa İttifaqı ölkələri Ukrayna vətəndaşlarının yeni axınına hazırlaşır və gələcəkdə yaranmış vəziyyətin öhdəsindən gəlmək üçün lazımi tədbirlər görür. Bu barədə Financial Times qəzeti avropalı rəsmilərə istinadən xəbər verir.


Qəzet qeyd edir ki, Avropa ölkələri qışın yaxınlaşması və Ukraynada enerji infrastrukturunun zədələnməsi fonunda ukraynalı miqrantları qəbul etmək planları hazırlayır.

Nəşrin adının çəkilməsini istəməyən mənbələrindən birinin sözlərinə görə, Avropa Komissiyası (AK) yeni qaçqınları qəbul etməyə hazır olduğuna əminliyini ifadə edib, ona görə də hazırda miqrasiya sahəsində fövqəladə tədbirləri yeniləyir.


Bundan əlavə, nəşr yazır ki, Aİ sammitində tərəflər "Ukraynanın qışa hazırlığını təmin etmək üçün humanitar yardımın aktivləşdirilməsi” barədə razılığa gələcəklər.

"Bizim prioritetimiz Ukraynaya son həftələrdəki bombardmanlardan sonra lazım olan avadanlıqların çatdırılmasını təmin etməkdir. Onların buna ehtiyacı var, çox ehtiyacı var. Vəziyyət hər gün pisləşir”, - FT Kiyev və AK ilə danışıqlara cavabdeh olan Polşa rəsmisindən sitat gətirib.


Bundan əvvəl "The Independent” yazıb ki, ukraynalı qaçqın axını Avropa İttifaqında ən böyük siyasi böhrana səbəb olub.
 
Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol