Özbəkistanda hərbi anbarda partlayış nəticəsində 4 minə yaxın bina zədələnib

Oktyabrın 22-də Özbəkistan Müdafiə Nazirliyinin Sırdərya vilayətindəki anbarında partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib.
"Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məntəqələri tamamilə bloklanıb və əhatəyə alınıb. Hesablamalara görə, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapılarının qismən zədələndiyi müəyyən edilib”, – deyə məlumatda bildirilir.
Hazırda qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub və bərpa işləri davam edir. Partlayışın vurduğu ziyanı qiymətləndirmək üçün xüsusi işçi qrupu yaradılıb.
www.anews.az
























