• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada koronavirusun yeni variantları aşkar edilib

Rusiyada koronavirusun yeni variantları aşkar edilib
26.10.2022 16:12
Rusiyada COVID-19-un iki yeni variantı tapılıb, o cümlədən Omikron ştammının Cerberus adlı yarımnövü aşkar edilib. Bu barədə Rospotrebnadzorun rəhbəri Anna Popova bildirib.

Onun sözlərinə görə, bu növ virusun tez yayılması gözləniləndir.  Bunun nə qədər tez baş verə biləcəyi isə hələ məlum deyil.

"Keçən həftə biz Rusiya üçün iki yeni genovariant müəyyən etdik – bunlar BQ.1 və BQ.1.1 ("Cerberus”)”,  o bildirib.

Eyni zamanda, Popova qeyd edib ki, hazırda ölkədə epidemioloji vəziyyət sabitləşir,  artıq beşinci həftədir ki, COVID-19-a yoluxanların sayında azalma müşahidə olunur.

"Bu gün kəskin təhdidedici artım proqnozları yoxdur, alimlərimiz belə proqnozlar vermirlər",  Rospotrebnadzor rəhbəri deyib.

Buna baxmayaraq o etiraf edib ki, payızın sonuna qədər yeni növ koronavirusun  müəyyən qədər artması mümkündür. Amma məhdudlaşdırıcı tədbirlərin tətbiqi üçün heç bir əsas yoxdur.


Onun fikrincə, Rusiyada artıq formalaşmış immunitet təbəqəsi yeni ştammların yaranmasına baxmayaraq, onun kəskin artmasının qarşısını almağa kömək edəcək. 

Rospotrebnadzor rəhbəri xatırladıb ki, qorunma üsulları eyni qalır. Bura təmiz əllər, kütləvi yerlərdə maska taxmaq və s daxildir. 

Koronavirusun qeyri-rəsmi olaraq Cerberus adlanan variantı BA.5 omikron ştammının alt xəttidir və super-sürətlə yayılmağa imkan verən əlavə mutasiya kimi digərlərindən seçilir. Oktyabrın ortalarına qədər bu variant təxminən 30 ölkədə müəyyən edilib. 
 
Hazırda Azərbaycanla Rusiya arasında quru sərhəd bağlıdır. 

N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol