Sarkisyan bir də prezident olmayacaq

Ermənistan prezidenti Serj Sarkisyan bundan sonra heç vaxt dövlətin ən yüksək postlarına namizədliyini irəli sürməyəcəyini bəyan edib.
ANS PRESS-in məlumatına görə, Serj Sarkisyan bu barədə ölkə konstitusiyasına ediləcək dəyişiklik üzrə yaradılmış komissiyanın üzvləri ilə görüşü zamanı açıqlayıb.Qeyd edək ki, 59 yaşlı Serj Sarkisyan 2008-ci ildən Ermənistan prezidentidir. Ötən il Ermənistanda keçirilən prezident seçkiləri zamanı yenidən bu posta seçilmişdi.Ermənistan Konstitusiyasına əsasən bir insan iki dəfədən artıq prezident seçilə bilməz.ANN.Az























