• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski Rusiyanın hava gücünün “qanadlarını kəsəcəyini” söz verib

Zelenski Rusiyanın hava gücünün “qanadlarını kəsəcəyini” söz verib
28.10.2022 20:00
Ukrayna prezidenti  Volodimir Zelenski, Moskvanın son iki gündə Ukraynaya 30-dan çox "kamikadze” pilotsuz təyyarə hücumu təşkil etdiyini açıqladıqdan sonra Rusiyanın hava qüvvələrinin qanadlarını kəsəcəyinə söz verdi. Bu barədə Ukraynanın yerli KİV-ləri məlumat paylaşıb. 

Prezident bildirib ki, fevraldan bəri Moskva 4500-ə yaxın raket zərbəsi və 8000-dən çox hava hücumu həyata keçirib.

Düşmüş İran Şahed pilotsuz təyyarəsinin yanında dayanan  Zelenski Moskvanın hava gücünün "qanadlarını kəsəcəyini” vədini verib. 

ABŞ və Böyük Britaniya rəsmiləri İranın Rusiyaya çoxlu sayda pilotsuz təyyarələr tədarük etdiyinə inanır, lakin Moskva və Tehran bunu inkar edir.

Kiyev öz infrastrukturuna bəzi hücumlarda istifadə edilən pilotsuz təyyarələrin İranın Şahed-136 pilotsuz təyyarələri olduğunu müəyyən edib.
 
Fevralın 24-dən etibarən Rusiya Ukraynada hərbi əməliyyatlar keçirməyi qərara alıb. Nəticədə Ukraynanın bir çox əraziləri dağıdılıb. Müharibə nəticəsində Rusiyaya qarşı Amerika və Avropanın bir çox şəhərləri tərəfindən sanksiyalar tətbiq olunub.
 
Kənan Əzizli 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol