• $
  • €
  • ₽
  • ₺
  • £

Rus spiker Qazaxıstana qarşı ərazi iddiası irəli sürdü

Rus spiker Qazaxıstana qarşı ərazi iddiası irəli sürdü
10.04.2014 22:02
Rusiya Federasiyasına daxil olan Xakasiya Respublikasının Ali Sovetinin sədri Vladimir Ştıqaşev Ali Sovetin Rəyasət Heyətinin iclasında Qazaxıstanın beş vilayətinin Rusiyaya məxsus olmasını deyib və bu, Astanada bir çox fikir adamlarını narahat edib. 
ANS PRESS-in məlumatına görə, Vladimir Ştıqaşev iclasda söyləyib: “Tarixçilərin çoxu son 70 ilin tarixindən bir şey bilmir. Şərqi Qazaxıstan vilayəti və ya filizli Altay. Filizli Altay həmişə Rusiyanın tərkibində olub. Qazaxıstanın ərazisi kiçik olub, İşim vilayətinin (Omsk vilayətinin) bir hissəsini ona vermək qərara alınıb. Verdilər və Karaqanda şəhərini saldılar. Bütünlükdə, biz Qazaxıstana beş vilayət verdik və bundan sonra Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası muxtariyyətdən çıxarılaraq Qazaxıstan Sovet Sosialist Respublikasına çevrildi. Bu ərazini xırda pul kimi verdilər”, - deyə Vladimir Ştıqaşev vurğulayıb. 
Qazaxıstanın tanınmış ictimai xadimi Murat Auezov Vladimir Ştıqaşevin çıxışından ciddi narahat olub və Qazaxıstan Xarici İşlər Nazirliyinin bununla bağlı Rusiyaya nota yollamasının vacibliyini bildirib. Onun fikrincə, Xakas parlamentinin spikerinin çıxışı Qazaxıstanın ərazi bütövlüyünə təcavüzdür. 
Qazaxıstanın xalq yazıçısı Muxtar Şaxanov da onu dəstəkləyib. Onun sözlərinə görə, həmin torpaq uğrunda qazax xalqı qan töküb: “Lazım olsa, xalq qalxacaq. Qazaxıstan Ukrayna deyil. Bizdə heç zaman Krım alınmayacaq! Qoy bunu bizim Rusiya və Çindəki qonşularımız bilsin”.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol