Ermənistanda qadınlar atıcılıq kurslarına cəlb olunub

Ermənistanda Müdafiə Nazirliyinin təşkil etdiyi atıcılıq kurslarının birinci mərhələsinə start verilib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 5-də müdafiə naziri Suren Papikyan poliqonda olub və burada kursların başlanmasını izləyib. Hazırkı mərhələdə kurslar çərçivəsində qadın nümayəndələrə üstünlük verilir.
www.anews.az

Nazir praktiki məşğələlərin gedişi ilə maraqlanıb, kursların iştirakçıları ilə söhbət edib. Papikyan əmin edib ki, eksperimental kurslar uğurla başa çatarsa, Müdafiə Nazirliyi əvəzində daha uzunmüddətli və mənalı proqramlar həyata keçirməyə hazırdır.
Gülnar
www.anews.az