• $
  • €
  • ₽
  • ₺
  • £

Zukerberq 11 mindən çox insanı işdən çıxarır

Zukerberq 11 mindən çox insanı işdən çıxarır
10.11.2022 11:29
"Facebook”, "Whatsapp” və "Instagram” kimi sosial şəbəkələrin sahibi olan "Meta” şirkəti 11 min işçisini işdən çıxarır. 

Xarici KİV xəbər verir ki, bu barədə məlumat şirkətin sahibi və "Facebook”un qurucusu Mark Zukerberqin işçilərə göndərdiyi mesajda yer alıb.
Mark Zukerberq işçilərə ünvanladığı mesajda bunları qeyd edib.

"Mən komandamızın sayını təxminən 13 faiz azaltmaq və 11 mindən çox istedadlı işçimizi işdən çıxarmaq qərarına gəldim. Biz, həmçinin xərcləri azaltmaqla və işə qəbulu birinci rübə qədər dondurmaqla daha səmərəli şirkət olmaq üçün bir sıra əlavə addımlar atırıq".

Mark Zukerberq "Covid-19” epidemiyasının başlanğıcında e-ticarətin sürətlə böyüyərək gəlir artımına səbəb olduğunu və bu artımın epidemiyadan sonra da davam edəcəyini proqnozlaşdıraraq böyük investisiyalar etdiyini bildirib.

"Təəssüf ki, gözlədiyim kimi olmadı. Onlayn ticarət nəinki əvvəlki tendensiyaya qayıtdı, həm də makroiqtisadi tənəzzül, artan rəqabət və reklam siqnalının itməsi də gəlirimizin gözlədiyimdən xeyli aşağı olmasına səbəb oldu. Mən bu vəziyyəti səhv başa düşdüm və buna görə məsuliyyəti öz üzərimə götürürəm”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol