• $
  • €
  • ₽
  • ₺
  • £

İranın beş neft tankeri ABŞ-ın sanksiyalarına məruz qalıb

İranın beş neft tankeri ABŞ-ın sanksiyalarına məruz qalıb
15.11.2022 18:27

Cibuti və Kuk adalarının beynəlxalq gəmi reyestrləri ABŞ-ın bu ay Hizbullah və İranın Qüds Qüvvələri üçün neft ticarətini asanlaşdırdığına görə tətbiq etdiyi sanksiyalardan sonra beş neft tankerindəki bayraqları endirib, - bu barədə Nüvə İranına Qarşı İttifaq qeyri-hökumət təşkilatı (UANİ) bildirib.  

 

ABŞ Maliyyə Nazirliyi noyabrın əvvəlində yüklərinin İrana məxsusluğunu gizlətməkdə və bu yükləri dünyaya ixrac etməkdə ittiham olunan geniş şirkətlər,  şəxslər və gəmilər şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib.


UANI  daxil olan məlumata görə,  "Bueno", "B Luminosa", "Bluefins" və "Boceanica" neft tankerlərin adları son günlər tətbiq edilən sanksiyalardan sonra Cibuti Beynəlxalq Gəmi Reyestrindən, Rain Drop isə Dəniz Kuk Adasının reyestrindən çıxarılıb.


Vaşinqton Tehrana qarşı geniş sanksiyaları davam etdirir və Tehranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişini bərpa etmək cəhdləri dayandığı üçün təzyiqi artırmağın yollarını axtarır.


Ölkənin bayrağı, dənizə yararlılıq təsnifatı və ya sığortası olmayan gəmilərin beynəlxalq limanlar arasında hərəkəti məhdudlaşdırılır.

 

Şirkətin Reuters tərəfindən əldə etdiyi sənədlərinə görə, tankerlərin əksəriyyəti Venesuela sularındadır və dövlət neft şirkəti olan PDVSA (Petrol de Venezuela S. A) onlardan yerli limanlar arasında neft və yanacaq daşımaq üçün istifadə edir. 


PDVSA isə şərh üçün göndərilən sorğuya dərhal cavab verməyib.


Adı ABŞ-ın sanksiya siyahısında olan, Venesuelaya məxsus yük daşıyan başqa bir tanker - "Young Yong” daha əvvəl Cibuti bayrağını və dənizə yararlılığını təsdiq edən təsnifatı itirib. 


Sayı getdikcə artan üçüncü ölkələrə məxsus tankerlər İran-Venesuela neft məhsullarını daşımaq üçün istifadə olunur.  Bu tankerlər keçən ildən bəri PDVSA şirkəti üçün lazım olan xüsusi durulducu maddələr daşıyır, həmçinin ona müştərilər tapmaqda və neftin daşınmasına kömək edir.

 

Lida Abbaslı

 

www.anews.az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol