Moskva hava limanlarında maksimum terror təhlükəsi elan edildi

Rusiyanın paytaxtı Moskvada ilk dəfə olaraq hava limanlarında və aviaşirkətlərdə terror aktları təhlükəsinin maksimum - üçüncü səviyyəsi elan edilib.
"Rostransnadzor” bununla bağlı aviaşirkətləri xəbərdar edib. Yeni təhlükə səviyyəsinə uyğun olaraq əlavə təhlükəsizlik tədbirlərinin görülməsi barədə göstəriş verib.
Sankt-Peterburq hava limanında da yüksək riskli rejim tətbiq edilib.
Sərnişinlərin buraxılış məntəqələrində mümkün növbələrə hazır olmaları və uçuşa gecikməmək üçün hava limanına daha tez getmələri tövsiyə olunur.
www.anews.az
























