• $
  • €
  • ₽
  • ₺
  • £

Kılıçdaroğlunu yumruqlayan şəxsin AKP üzvü olduğu açıqlanıb

Kılıçdaroğlunu yumruqlayan şəxsin AKP üzvü olduğu açıqlanıb
09.04.2014 17:16
Aprelin 8-də Türkiyə Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna hücum edən şəxsin siyasi mənsubiyyəti bəlli olub.APA-nın xəbərinə görə, K. Kılıçdaroğlunu yumruqlayan Orxan Övet adlı şəxsin hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olduğu ortaya çıxıb. Bunu AKP liderinin müavini Hüseyn Çelik açıqlayıb. H. Çelik O. Övetin 2012-ci ildə Ankaranın Almadağ rayonunda partiyaya üzv yazıldığını bildirib: “9 milyondan çox üzvümüz var. Çoxlu sayda cinayət törətmiş bir adamın partiyaya qəbulunu ciddi diqqətsizlik kimi qiymətləndiririk. O, artıq partiyadan qovulub. Hörmətli Kılıçdaroğluna bir daha keçmiş olsun diləklərimizi çatdırırıq”.   CHP-nin başqan müavini Gürsəl Tekin isə O. Övetin AKP üzvü olduğunu hadisə baş verən axşamdan bildiklərini söyləyib: “İstintaqa mane olmamaq üçün bunu açıqlamadıq və hökumətdən açıqlama gözlədik”. G. Tekin O. Övetin bəzi siyasətçilər və millət vəkilləri ilə əlaqəsi olduğuna işarə vurub: “Bu şəxsin siyasətçilərlə, millət vəkilləri ilə əlaqəsi olub-olmadığını önümüzdəki günlərdə görəcəyik. Biz hələlik sübutu olmayan hər hansı iddianı paylaşmağı doğru saymırıq”.   CHP Orxan Övetin parlamentin binasına kimin dəvəti ilə daxil olduğu və içəridə kimlərlə görüşdüyünün araşdırılmasını tələb edir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol