NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıdı - Yeqor Çernev
21.11.2022 19:49
NATO Parlament Assambleyası Rusiyanı terrorçu dövlət kimi tanıyıb.
Bu barədə Ukraynanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Yeqor Çernev tvitterdə bildirib.
"NATO-nun 30 ölkəsinin hamısı nümayəndə heyətimizin təkliflərini dəstəkləyib. Bu tribunal təkcə hərbi cinayətlərin bilavasitə icraçılarını deyil, həm də Rusiya Federasiyasının yüksək rəhbərliyini məsuliyyətə cəlb etməyə imkan verəcək”, - deyə o bildirib. www.anews.az