• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Həsənov QMİ-yə cavab verdi

Ramiz Həsənov QMİ-yə cavab verdi
29.05.2020 12:07
“Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) ancaq kəsim prosesinə nəzarət etməlidir”.“APA-Economics”in məlumatına görə, bunu bu gün Xəzər Avropa Klubunun (CEİBC) təşkil etdiyi görüşdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ”Halal” standartı ilə bağlı bəyanatına cavab verərkən deyib. Onun sözlərinə görə, bu standartın hazırlanması dövlətin tələbidir: “Standartları dövlət tənzimləyir. Müsəlman aləmində olan halallıq məsələləri QMİ-nin daxili işləridir. Biz dövlət olaraq müəyyən olunan standartların tələblərinə uyğun sertifikatlarımızı veririk”. R.Həsənov deyib ki, bu məsələyə son qoymaq lazımdır: “Bizim müəyyən təşkilatlarımız sertifikatlaşdırma prosesini keçirir və "Halal” standartına uyğun sertifikat verir. Qafqaz Müsəlmanları İdarəsi isə kəsim prosesinə nəzarət edir”. Komitə sədri bildirib ki, standartların tələblərində də kəsim zamanı şəriətə uyğun olaraq surələr və dualar oxunmasının zəruriliyi qeyd olunub: “Şəriətə uyğun prosedurlar kolbasada və sosiskada istifadə olunan inqridientlərin kəsimi zamanı istifadə olunur. Təbii ki, halal kəsilmə məsələsi bizim işimiz deyil. Bizim vəzifəmiz yoxlamaqdır". Komitə sədri bildirib ki, idxal olunan ətin üzərində halal kəsilmə ilə bağlı sertifikat gəlir: “Ölkəyə Hindistan və Braziliyadan hazır ət gətirilir. Bizim mütəxəssislərimiz həmin ölkələrdə kəsim prosesini izləyiblər. Bildiriblər ki, kəsim prosesi şəriətə uyğun şəkildə aparılır”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol