• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Tayvanı silahla təmin edə bilməyəcəyindən ehtiyatlanır

ABŞ Tayvanı silahla təmin edə bilməyəcəyindən ehtiyatlanır
28.11.2022 11:04
Amerika hakimiyyəti hərbi dəstəyin böyük hissəsinin Ukraynaya yönəldilməsi səbəbindən Tayvanı adekvat şəkildə silahla təmin edə bilməyəcəklərindən ehtiyatlanır. Bu barədə  The Wall Street Journal-ı xəbər dərc edib.

Vaşinqton Tayvana silah tədarükündə 18,7 milyard dollar geri qalır. Xüsusən də Vaşinqton Taypey üçün nəzərdə tutulan 215 "Stinger” zenit-raket kompleksindən, eləcə də 208 "Javelin” tank əleyhinə sistemlərdən heç birini adaya göndərməyib.

Qəzetin qeyd etdiyi kimi, Vaşinqton cari il ərzində təxminən 5 milyard dollara yaxın silah tədarük etməyib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra Qərb Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq etdi və Kiyevə silah tədarükünü milyardlarla dollar artırıb.

Tayvan 1949-cu ildən, Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin vətəndaş müharibəsində məğlub olaraq adaya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan bəri Tayvan kommunistlər hakimiyyətə gələnə qədər materikdə mövcud olan keçmiş Çin Respublikasının bayrağını və bəzi digər atributlarını qoruyub saxlayır. ÇXR-in əksər ölkələrin, o cümlədən Rusiya tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə, ada Çinin əyalətlərindən biridir.

Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsərək ÇXR ilə əlaqələr qurdu. Vaşinqton "vahid Çin” siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir və adaya silah verir. 2020-ci ildə ABŞ-ın əvvəlki prezidenti Donald Trampın administrasiyası Honq-Konqdakı vəziyyətə görə Pekinlə münasibətlərin kəskinləşməsi fonunda Tayvanla təmasları və mübadilələri əhəmiyyətli dərəcədə intensivləşdirdi və bu, ÇXR hakimiyyətinin etirazına səbəb oldu. Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-3-də adaya səfərindən sonra Tayvan boğazı bölgəsində gərginlik ciddi şəkildə artıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol