• $
  • €
  • ₽
  • ₺
  • £

Urmiya gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir

Urmiya gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir
30.11.2022 20:00
Bu gün Turizm və Menecment Universitetində "Urmiya gölünün qurudulması” mövzusunda ictimai müzakirə keçirilib.

Müzakirədə "Güney Azərbaycan Demokratik Türk Birliyi” təşkilatının sədri Əjdər Tağızadə, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov, Cənubi Azərbaycandan gələn ekspertlər, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

"Güney Azərbaycan Demokratik Türk Birliyi” təşkilatının sədri Əjdər Tağızadə bildirib ki, İranda çaylardan, göllərdən suların oğurlanması, Urmiya gölünün qurudulması, bu göldən uranın çıxarılması həyata keçirilir.  Digər tərəfdən bir sıra çayların qarşısı kəsilir, dövlət daxilində qarşıdurma yaradılır.

Əjdər Tağızadə qeyd edib ki, Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb, onların qarşısı bu yollarla alınıb. İndi isə İranda etirazların baş verməsi ilə insanların bütün fikirləri gölün qurudulmasından yayındırılır.

Güney azərbaycanlı ekspert Səttar Sevgin idə bildirib ki, İranda hər zaman Azərbaycan türklərini farslaşdırmaq, əritmək, yox etmək istiqamətində siyasət həyata keçirilib.

Urmiya gölünün qurudulması İranın apardığı digər ekoloji siyasətdir. Səttar Sevginin sözlərinə görə, gölün qurudulmasında əsas məqsəd faciəvi bir vəziyyətin yaradılması, azərbaycanlı əhalinin bu ərazilərdən köçürülməsidir.

Fransada yaşayan hüquq müdafiəçisi, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri, əslən Cənubi azərbaycanlı Jalə Təbrizli deyib ki,  Urmiya gölünün quruması azərbaycanlılara qarşı ayrı-seçkilikdir.

Urmuya gölünün böyük hissəsi qurudulub.

"14 milyon insan oradan köçməlidir. Çünki bu onların sağlamlıqlarına ciddi ziyan vurur. Sağlamlıqları üçün ciddi təhlükə var. Düz yelləri başlasa Tehrana qədər gedib çatacaq. Hər birimiz buna etiraz etməliyik. Biz orada etnik yox, millətik. Mən özümü Azərbaycan milləti olaraq görürəm. Biz ana dilimizdən istifadə edə bilmirik. Bu bizi təhqir etməkdir. Uşaqlarımız ana dilində təhsil ala bilmir. Həmçinin qadınlarımız da zülmə məruz qalırlar. Onların haqqları tanınmır”- bunu Jalə Təbrizli bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol