• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistan dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək - Amerikalı ekspertlər

Hindistan dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək - Amerikalı ekspertlər
01.12.2022 14:13
Hindistan Yaponiya və Almaniyanı geridə qoyaraq dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək. S&P Global analitik şirkəti və Morgan Stanley Bankın proqnozlarına görə  2030-cu ilə qədər Asiya ölkəsinin nominal ümumi daxili məhsulunun (ÜDM) artımı 6,3% səviyyəsində qalacaq və 2031-ci ilə qədər ÜDM indiki göstəricidən iki dəfədən çox artacaq.


Hindistanın ümumi daxili məhsulunun illik nominal artımı 2030-cu ilə qədər orta hesabla 6,3% olacaq. Hindistanın ÜDM-i 2031-ci ilə qədər indiki səviyyəsini iki dəfədən çox artıracaq.

Eyni zamanda, proqnozların reallaşması Hindistanın ticarət və maliyyə liberallaşmasının davam etdirilməsindən, əmək bazarında islahatların aparılmasından, habelə Hindistanda infrastruktura və insan kapitalına investisiyalardan asılıdır. Buna baxmayaraq, Ridam Desai və Girish Achipaliya başda olmaqla Morgan Stanley analitikləri bildiriblər ki, ölkədə qarşıdakı illərdə "iqtisadi bum” üçün bütün ilkin şərtlər artıq var.

"Hindistanda ofşorlaşma, istehsala investisiyalar, enerjiyə keçid və ölkənin inkişaf etmiş rəqəmsal infrastrukturu nəticəsində yaranan iqtisadi bum üçün şərait yaradılıb", - Amerika bankının ekspertləri yekunlaşdırıblar.

Dekabrın 1-də Rusiyanın baş naziri Mixail Mişustin İran və Hindistan bazarlarına çıxışı olan yerli şirkətlərin məhsullarının tədarükünün genişləndirildiyini açıqlayıb. Hazırda ölkənin bir çox müəssisələri öz fəaliyyətlərini kökündən yenidən qurur, nəqliyyat-logistika sektorunda yeni prioritetlər yaranır. Bu baxımdan Asiya və Yaxın Şərq ölkələri Moskvaya qarşı beynəlxalq sanksiyalara görə çıxışı çətinləşən Qərb bazarlarına alternativ ola bilər.
 
Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol