• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı milyarderlər bu il nə qədər pul qazanıb və itirib - RƏQƏMLƏR və ADLAR

Rusiyalı milyarderlər bu il nə qədər pul qazanıb və itirib - RƏQƏMLƏR və ADLAR
01.12.2022 14:49
Rusiyanın ən zəngin milyarderlərinin ümumi sərvəti bu ilin əvvəlindən 75,1 milyard dollar azalıb. Bu barədə RİA Novosti Bloomberg Billionaires Index (BBI) reytinqinin məlumatları əsasında hesablama aparıb. 

BBI reytinqinə dünyanın 500 ən varlı adamı daxildir. Siyahıda 23 rusiyalının adı var. Dekabrın 1-nə olan məlumata görə onlrın ümumi sərvəti 296,03 milyard dollardır. Onların ən zəngini Norilsk Nikelin əsas sahiblərindən biridir. Vladimir Potanin cari ildə sərvəti 92.6 milyon artaraq 31 milyarda çatıb. 
 
Reytinqdə ikinci yeri tutan "Novatek”in həmsahibi Leonid Mixelsonun sərvəti 5,07 milyard dollar azalaraq 27,4 milyard dollar olub.

Üçüncü yeri sərvəti 7,79 milyard dollar azalaraq 21 milyard dollara enən polad və mədən şirkəti Severstal-ın baş direktoru Aleksey Mordaşov tutur.

Dördüncü yerdə ilin əvvəlindən 7,22 milyard dollar itirən NLMK-nın benefisiarı Vladimir Lisindir, indi onun sərvəti 20,8 milyard dollar qiymətləndirilir.

Beşinci yerdə 20 milyard dollarla "Lukoyl”un həmsahibi Vahid Ələkbərov (idarə heyətini tərk edərək şirkətin prezidenti postunu tərk edib) qərarlaşıb. Onun bu ilin əvvəlindən itkiləri 1,78 milyard dollar təşkil edib. Bloombergin hesablamarına görə onun sərvəti, Lukoil-dəki bütün payı nəzərə alınmaqla 12 milyard dollar artıb.

Altıncı yeri ilin əvvəlindən sərvəti 1,42 milyard dollar azalan və hazırda 19,8 milyard dollar dəyərində qiymətləndirilən Əlişir Usmanov ("Metalloinvest”, "Megafon”) tutur.

Reytinqdə yeddinci yerdə sərvəti il ​​ərzində 8,48 milyard dollar azalaraq 13,9 milyard dollar təşkil edən "Novatek” və "Sibur”un ortaq sahibi Gennadi Timçenko olub.

Səkkizinci yerdə EuroChem və SUEK-in keçmiş benefisiarı Andrey Melniçenkodur. Onun sərvəti 3,69 milyard dollar azalaraq 13,8 milyard dollar olub.

Doqquzuncu yeri Mixail Proxorov (Oneksim qrupu) tutub. Onun sərvəti 2022-ci ilin əvvəlindən 627 milyon dollar azalaraq 13,3 milyard dollar təşkil edib.
 
Onluğu sərvəti 2,59 milyard dollar azalaraq 11,4 milyard dollar təşkil edən "Alfa Group”un yaradıcısı Mixail Fridman tutub.

Noyabrın əvvəlində RİA Novosti agentliyi BBI reytinq məlumatlarına istinadən yazıb ki, ilin əvvəlindən Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti 83,4 milyard dollar azalıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol