• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada polis kapitanını qətlə yetirən azərbaycanlıların kimliyi məlum oldu

Moskvada polis kapitanını qətlə yetirən azərbaycanlıların kimliyi məlum oldu
07.04.2014 15:23
Rusiya paytaxtında baş verən atışma zamanı polis kapitanını öldürən azərbaycanlının şəxsiyyəti müəyyən olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 31 yaşlı polis kapitanı Sergey Jadobkini odlu silahla qətlə yetirən milliyyətcə azərbaycanlı, 1966-ci il təvəllüdlü Rusiya vətəndaşı Xəlil Sarıyev olub. Hadisə aprelin 6-da gecə saatlarında baş verib. Daxili İşlər Nazirliyinin Moskvanın Krasnoqorsk rayonu üzrə idarəsi əməkdaşlarının Radujnaya küçəsi ev 11 ünvanında cinayətkarların yaxalanması üzrə keçirdiyi əməliyyat tədbiri zamanı polislə cinayətkarlar arasında atışma baş verib. Cinayətkar dəstə polisə təslim olmaqdan imtina edib və əməliyyatçılara atəş açmağa başlayıb. Nəticədə 1983-cü il təvəllüdlü polis kapitanı Sergey Jadobkin başından və sinəsindən aldığı güllə yarasından hadisə yerindəcə ölüb. Lakin cinayətkar dəstənin üzvlərini ələ keçirmək mümkün olub. Bu zaman qətli törədən Xəlil Sarıyev özünü ayağından yaralayıb. Onun üzərindən "Sayqa" markalı odlu silah götürülüb. Həmin dəstənin Moskvada çoxlu sayda cinayət törətdikləri bildirilib. Belə ki, bir ay əvvəl Moskva vilayətində həmin dəstənin üzvləri iş adamının evini qarət edərək, ev sahibini bıçaqla qətlə yetiriblər. MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis polkovniki Əkbər Yusifov APA-nın Moskva müxbirinə açıqlamasında dəstə üzvlərindən ikisinin Azərbaycan vətəndaşı olduğunu bildirib: "Qətli törədən Xəlil Mirzə oğlu Sarıyev Azərbaycanda doğulsa da, Rusiya vətəndaşı olub. Digər iki nəfər isə Azərbaycan vətəndaşıdır. Onlar Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Ramin Vidadi oğlu, Kürdəmir rayon sakini, 1975-ci il təvəllüdlü Xəlilov Hüseyn Xalid oğludur. Dəstə üzvlərindən olan bir nəfər qadın isə 1991-ci il təvəllüdlü Belarus vətəndaşı A.İ.Şmırova olub". Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) cinayət işi açılıb, araşdırma aparılır. Hazırda qətli törədən Xəlil Sarıyevin xəstəxanada olduğu bildirilib. Bu gün məhkəmənin onun barəsində həbs-qətimkan tədbiri seçəcəyi gözlənilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol