Rusiyada qaz kəmərində partlayış olub - Video/YENİLƏNİB

Rusiyanın Çuvaşiya Respublikasının Vurnar rayonunda qaz kəmərində baş verən partlayışda 3 nəfər ölüb, bir nəfər yaralanıb.
Urenqoy-Pomar-Ujqorod qaz kəmərinin Çuvaşiya ərazisindən keçən hissəsində baş verən partlayış nəticəsində əmələ gələn zədəni azı 3 sutkaya təmir etmək mümkün olacaq.
*****
Rusiyada magistral qaz kəmərində güclü yanğın və partlayış baş verib. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Hazırda partlayışın səbəbləri araşdırılır.
Yerli hakimiyyət orqanları yanğın nəticəsində bir ev və avtomobilə ziyan dəydiyini bildirir.
KİV-in məlumatına görə, mədəndə təbii qazın kompleks hazırlanması üçün texnoloji avadanlıq yanıb.
Bildirilir ki, yanğın təxminən min kvadratmetr ərazini əhatə edib.
Hadisə şahidlərinin sözlərinə görə, insident nəticəsində zərərçəkənlər var.
Aytac
www.anews.az
























