• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada koronavirusla bağlı son STATİSTİKA

Dünyada koronavirusla bağlı son STATİSTİKA
22.12.2022 10:29
Dünyada koronavirusa yoluxanların  sayı  650 milyonu keçib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təşkilatı məlumat yayıb.
 
Məlumata görə, indiyədək 650 332 899 yoluxma və 6 649 874 nəfər ölüb.
 
Son sutka ərzində virusa yoluxanların sayı 354 408 nəfər, ölənlərin sayı 895 nəfər artıb.
 
Pandemiya dövründə dünyada COVID-19-a qarşı 12 milyard 66 milyon 538 min 586 peyvənd vurulub.

Otuz milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 129 yeni yoluxma faktı qeydə alınıb, 90 nəfər müalicə olunaraq sağalıb.

İndiyədək ölkədə ümumilikdə 825 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 034 nəfər müalicə olunaraq sağalıb, hazırda 623 aktiv xəstə var. Bu günə qədər 9 999 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 7073, bu günə qədər isə ümumilikdə 7 412 931 test icra olunub.
 
Azərbaycanda son sutkada 294 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 90, ikinci doza vaksinlərin sayı 51 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 131--dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 22 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 928 470 olub.
 
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 
Aytac Zeynalova



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol