• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistan Afrika və Yaxın Şərq ölkələri ilə rupi ilə ticarət etmək qərarına gəlib

Hindistan Afrika və Yaxın Şərq ölkələri ilə rupi ilə ticarət etmək qərarına gəlib
22.12.2022 12:34
Hindistan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bəzi Afrika dövlətləri ilə öz milli valyutası - rupi ilə ticarət etmək niyyətində olduğunu bildirib. Bu barədə "Business Standard” qəzeti yazıb.

"Hindistan bu ölkələrlə qarşılıqlı hesablaşmaları rupiyə çevirmək imkanını nəzərdən keçirir. Bu addım bu dövlətlərin bir çox xarici ticarət tərəfdaşları tərəfindən müsbət qiymətləndirilib”, -  qəzetdə qeyd olunub.

Qəzetin həmsöhbətlərinin fikrincə, Hindistan da rupini dünya bazarında istifadə üçün məqbul etmək istəyir.

Apreldə Rusiya Mərkəzi Bankı və Hindistanın Ehtiyat Bankı rupi və rublla mal və xidmətlər üçün ödəniş variantları ilə bağlı iclas keçirib. Danışıqların məqsədi Rusiyanın Ukraynada xüsusi əməliyyatı fonunda ABŞ və Avropa İttifaqının tətbiq etdiyi anti-Rusiya sanksiyalarına baxmayaraq, ikitərəfli ticarət və bank əməliyyatlarını dəstəkləməyə kömək edəcək normativ baza yaratmaqdır.

Rusiya mediasında  daha əvvəl Rusiya və İran banklarının rubl və İran rialında qarşılıqlı hesablaşmalar barədə razılığa gəldiyini də yazılmışdı.
 
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol