• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada aksiyalar zamanı həbs edilən şəxslərin ayı açıqlanıb

Rusiyada aksiyalar zamanı həbs edilən şəxslərin ayı açıqlanıb
22.12.2022 13:36
Rusiyada müharibə ilə bağlı mövqeyini sözlə ifadə edən şəxslər barəsində 5000-dən çox inzibati işə başlanılıb, bu barədə Rusiya mediasında məlumat yayılıb.
 
Mətbuatın məlumatına görə, müharibənin 10 ayında müharibə əleyhinə olan ruslara qarşı 300-dən çox cinayət işi açılıb. Bu işlərdə 7-si azyaşlı olmaqla, 378 nəfər təqsirləndirilib və ya şübhəli bilinib.

Rusiyada müharibəyə etiraz zamanı aksiyalada polis tərəfindən 19443 nəfər həbs edilib. 

 

 
Medianın məlumatına görə, saxlanılanların 8469-u qadın, 10333-ü kişidir.
 
Jurnalistlərin və hüquq müdafiəçilərinin fikrincə, bu, son on ildə rekord göstəricidir.
 
2012-ci ildən 2021-ci ilə qədər Rusiyada məhbusların sayı 4 min nəfərə çatmayıb. 

Bundan başqa, təqdim olunan materialda aksiya iştirakçıları və ya müharibə ilə bağlı mövqeyini sözlə ifadə edən şəxslər barəsində 5000-dən çox inzibati işə başlandığı bildirilib. Həmçinin, müharibənin təxminən 10 ayı ərzində müharibə əleyhinə olan ruslara qarşı 300-dən çox cinayət işi açılıb. Bu işlərdə 7-si azyaşlı olmaqla, 378 nəfər təqsirləndirilib və ya şübhəli bilinib.

Cinayət işlərində populyarlıq baxımından birinci yerdə Rusiya ordusu haqqında "saxta" xəbərlər olub ki, azı 124 nəfərə (Cinayət Məcəlləsinin 207.3) cinayət bu işi açılıb. İkinci yerdə ən azı 46 nəfərə şamil edilən vandalizm (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 214-cü maddəsi) maddəsidir. Adətən bundan rus ordusunun hərəkətlərinə dəstək ifadə edən Z və V hərflərini korlayanları cəlb etmək üçün istifadə olunur. Ən populyar üçüncü yerdə Rusiya ordusunun "diskreditasiyası" ilə bağlı məqalələr (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.3-cü maddəsi) dayanır. Bu maddə ilə azı 37 nəfər ya şübhəli bilinib, ya da təqsirləndirilib.

Rusiyanın Ukrayna ərazisini işğal etməsindən az sonra yüksək həddə çatan etirazlar repressiyalar və qanunvericiliyin sərtləşdirilməsi ilə azalmağa başlayıb.
 
Sentyabrın 21-də səfərbərlik elan edildikdən sonra daha bir etiraz aksiyası keçrilib və bir gündə təhlükəsizlik qüvvələri 42 şəhərdə 1330 nəfəri həbs edib.
 
Aytac Zeynalova

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol