• $
  • €
  • ₽
  • ₺
  • £

Çində yoluxma sürətlə ARTIR

Çində yoluxma sürətlə ARTIR
24.12.2022 19:30
Çində koronavirusa yoluxma halları sürətlə artır.
 
Ölkədə dekabr ayında ümumilikdə təqribən 250 milyon nəfərdə koronavirus aşkarlanıb. 
 
Dekabrın 20-də 37 milyon yeni yoluxma halı aşkar olunub ki, bu da pandemiya ərzində ölkədə sutka ərzində qeydə alınan rekord göstəricidir. Bildirilir ki, ölkədə koronavirusun yeni dalğasının yayılmasına səbəb Çin rəhbərliyi tərəfindən məhdudiyyətlərin tez aradan qaldırılması ola bilər. 
 
Dekabrın 7-dən Çində işi yüksək yoluxma riski ilə əlaqəli olmayan şəxslər üçün mütləq PCR-test ləğv olunub. Bununla yanaşı, ölkə daxilində səyahət və yaxud ictimai yerlərə daxil olmaq üçün vaksin pasportu artıq tələb olunmur. Eyni zamanda, koronavirusu simptomsuz və yaxud yüngül keçirənlərə ev şəraitində özünütəcrid rejimində qalmağa icazə verilib.
 
Koronavirusun sürətlə yayılmasına baxmayaraq, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin ölkədə COVID-19-la bağlı vəziyyətin nəzarət altında olduğunu bildirib. 
 
Ötən həftə Çində 130 mindən çox yeni yoluxma halı qeydə alınıb, 273 nəfər isə ölüb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol