Məkkəni su basdı

Səudiyyə Ərəbistanının Məkkə şəhərində leysan yağışları güclü daşqına səbəb olub.
Yağış səbəbindən Məkkə-Ciddə magistral yolu bağlanıb.
Təbiət hadisəsi nəticəsində bir çox avtomobillərə ziyan dəyib.
Suyun çəkilməsi üçün 200-dən çox müfəttiş və 4 mindən çox işçinin prosesə cəlb olunduğu bildirilib.
Ciddədəki Kral Əbdüləziz hava limanından verilən açıqlamada əlverişsiz hava şəraiti ilə bağlı bəzi uçuşların təxirə salındığı qeyd olunub.
Leysan yağışları Əl-Harameyn magistral yolu başda olmaqla bir çox yolun və bəzi tunellərin bağlanmasına səbəb olub.
www.anews.az