Hindistan Çin və Pakistanla sərhədlərdə yeni raketlər yerləşdirəcək

Hindistan Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələri üçün 120-yə yaxın "Pralay” ballistik raketinin alınmasına icazə verib və onları Pakistan və Çinlə sərhədlərdə yerləşdirəcək. Bu barədə Hindistanin ani agentliyi məlumat yayıb.
"Pralay” raketi ötən ilin dekabrında ardıcıl iki gündə iki dəfə uğurla sınaqdan keçirilib və silahlı qüvvələr o vaxtdan bu raketi əldə edib istifadəyə vermək üçün çalışırlar.
"Pralai” yer-yer tipli bərk yanacaqlı kvazi ballistik raket 150-500 kilometr məsafədəki hədəfləri vurmaq və 350-700 kiloqram ağırlığında döyüş başlığı daşımaq qabiliyyətinə malikdir. O, mobil quraşdırmadan işə salına bilər. Raket uçuş yolunu dəyişdirə bilir ki, bu da onun kəsici raketlər tərəfindən məhv edilməsinin qarşısını alır.
www.anews.az

Gülnar
www.anews.az