Türkiyədə FETÖ əməliyyatı - 15 nəfər saxlanıldı

ürkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
Bu barədə "TRT Haber" xəbər verir ki, əməliyyat ümumilikdə 5 regionda gerçəkləşdirilib.
Erzurum, Amasya, Kayseri, Denizli və Bolu vilayətlərində keçirilən əməliyyat çərçivəsində ümumilikdə 15 nəfər saxlanılıb.
Həmçinin, xeyli rəqəmsal material da aşkar olunaraq müsadirə edilib.
Bildirilib ki, daha 3 şübhəli şəxsin də saxlanılması istiqamətində addımlar atılır.
www.anews.az
























