İranda ölən etirazçıların sayı açıqlandı

İranda aksiya zamanı ölən şəxslərin sayı 476- nəfərə çatıb. Bu barədə İran İnsan Haqları Təşkilatı (IHR) məlumat verib.
Aksiya iştirakçılarından 34-ü qadın, 64-ü 18 yaşdan kiçik olduğu bildirilib.
Ölkənin 31 əyalətindən 25-i ilə bağlı məlumatların yer aldığı hesabata görə, ən çox itki sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verib.
Cari ilin sentyabrın 16-dan başlayaraq İranda etiraz aksiyaları keçirilir.
22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Aksiyalar zamanı 10 mindən çox etirazçı saxlanılıb. Onlar arasında xarici ölkə vətəndaşları da var.
İranda 1979-cu il İslam inqilabından bəri ən uzun sürən hökumət əleyhinə etiraz hesab olunur.
Əvvəllər ümummilli nümayişlər İranı bürüsə də - birinci dəfə 2017-ci ildə 2018-ci ilin əvvəlinə qədər, digəri isə 2019-cu ilin noyabrında. İndiki etirazlar digərlərindən daha unikaldır, çünki onlar cəmiyyətin hər yerindən insanları cəlb edir və qadınlar "Qadın, həyat," şüarları altında aparıcı rol oynayırlar.
Aytac Zeynalova
www.anews.az
























