• $
  • €
  • ₽
  • ₺
  • £

İranda siyasi və ictimai fəallar məhbusların azad edilməsini tələb edib

İranda siyasi və ictimai fəallar məhbusların azad edilməsini tələb edib
28.12.2022 17:22
İranda iğtişaşlar zamanı 270-dən çox siyasi və ictimai fəal siyasi məhbusların azad edilməsini tələb edilib. Bu barədə İran mediasında məlumat yayılıb.

İran hökuməti tərəfindən etirazçılara qarşı geniş repressiya, həbs və edamlar həyata keçirilməsini” tənqid edən bəyanatda siyasi məhbusların azad edilməsi tələb edilir.

Siyasi və mədəni fəallar etirazçılara qarşı hökumət tərəfindən repressiya və hüquqi tədbirlərin gücləndirilməsinin "İran rejiminin xalq hərəkatından qorxduğunu gizlətmək cəhdi” ilə bağlı olduğunu bildiriblər.

Bəyanatda repressiyalara, həbslərə və qətllərə son qoyulmasının, bütün siyasi və ideoloji məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsinin zəruriliyi vurğulanır.

İranda aksiya zamanı ölən şəxslərin sayı 476- nəfərə çatıb.

Ölkənin 31 əyalətindən 25-i ilə bağlı məlumatların yer aldığı hesabata görə, ən çox itki sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verib.

Cari ilin sentyabrın 16-dan başlayaraq İranda etiraz aksiyaları keçirilir.
 
22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Aksiyalar zamanı 10 mindən çox etirazçı saxlanılıb. Onlar arasında xarici ölkə vətəndaşları da var.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol