• $
  • €
  • ₽
  • ₺
  • £

İnsan hüquqlarına qarşı dözümsüz olan ölkələrin adları açıqlanıb- İnsan Hüquqları Təşkilatı

İnsan hüquqlarına qarşı dözümsüz olan ölkələrin adları açıqlanıb- İnsan Hüquqları Təşkilatı
30.12.2022 15:39
Human Rights Watch Təşkilatının 2022- ci il hesabatında  insan hüquqlarına qarşı olan, insanların öz hüquqlarını əldə etmələrinə mane olan əsas ölkələrin bəzilərinin adları açıqlanıb. 
 

Hesabatda Çin, Rusiya, Belarusiya, Myanmar, Türkiyə, Tayland, Misir,  Uqanda, Pakistan, Banqladeş, Venesuela, Nikaraqua kimi ölkələrin adı var.
 
 Hesabat  bir çox ölkə liderlərinin fərqli fikirlərə dözümsüz olması əsasında hazırlanıb.
 
Çin
 

2022-ci ilin mayında dərc olunan hesabata görə, Çində  "məcburi tibbi müalicə və əlverişsiz həbs şəraiti də daxil olmaqla, işgəncə və ya pis rəftar nümunələri,  fərdi cinsi və gender əsaslı zorakılıq hadisələri sıxlıqla baş verir.
 
"Bura beynəlxalq qanunları və standartları pozaraq insan hüquqlarına və əsas azadlıqlarına genişmiqyaslı, özbaşınalıq və ayrı-seçkilik xarakterli məhdudiyyətlər, o cümlədən dini azadlıq, şəxsi toxunulmazlıq və hərəkət hüquqlarının məhdudlaşdırılması daxildir.
 
Bundan əlavə, hesabatda Çin hökumətinin bölgədəki siyasətinin "sərhədləri aşdığı”, uyğur diasporuna qarşı "təhdid nümunələri” yaratdığı qeyd edilib.
 
Rusiya
 
2022-ci ilin 24 fevralından Rusiya və Ukrayna arasında müharibənin başlamasından sonra Rusiya müharibə cinayətləri və bu cinayətlərdə qadın və uşaqlara qarşı zorakılığın olmasına görə insan hüquqlarının pozulmasında ön sıralarda yer alır.
 
Bundan başqa, saxta xəbərlər yayma iddiası ilə bir çox mətabuat orqanlarının fəaliyyəti məhdudlaşdırılıb.
 
Digər ayrı-seçkilik yaradan qanunvericilik təşəbbüsü LGBT+ şəxslərin hüquqlarının müdafiəçilərinə aiddir. Doqquz ildən artıqdır ki, onların qanuni işi məhdudlaşdırılıb və indi cinsi oriyentasiya və gender kimliyi ilə bağlı hər hansı ictimai müzakirə tamamilə qanundan kənar hesab olunur.
 
Türkiyə
 
Təşkilat oktyabrda yaydığı hesabatda Türkiyə parlamentinin  oktyabrın 13-də qəbul etdiyi onlayn medianın tənzimlənməsi ilə bağlı olan qanunu onlayn senzuranı dərinləşdirən və informasiyaya çıxışı məhdudlaşdıran qanun kimi qiymətləndirdiyini bildirib
 
Qanunvericiliyin 2023-cü il prezident və parlament seçkilərinə aylar qalmış vaxtı da hökumətin seçkilər ərəfəsində Ərdoğan hökumətini tənqid edən onlayn reportajları və şərhləri dayandırmaq niyyətində olduğundan narahatlığını qeyd edib.
 
Lida Abbaslı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol