Fəxri Roma Papası vəfat etdi

Fəxri Roma Papası XVI Benedikt 96 yaşında vəfat edib.
Bu barədə Vatikanın Mətbuat Xidmətinin nümayəndəsi məlumat verib.
Almaniyalı kardinal, ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq Roma papası seçilib. 2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah edib.
www.anews.az
























