Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Dekabrın 29-da dünyasını dəyişmiş braziliyalı əfsanəvi futbolçu Pelenin anası Selesta Arantes oğlunun ölümündən xəbərsizdir.
Иu barədə keçmiş hücumçunun bacısı Maria Lusia do Naskimento məlumat verib.
O, anasının Pelenin vəfat etdiyini bilmədiyini söyləyib: "Biz onunla danışırıq, amma vəziyyəti bilmir. O, öz aləmindədir. Mən Pelenin adını çəkəndə və "biz onun üçün dua edəcəyik" deyəndə gözlərini açır. Lakin dediklərimin fərqində deyil".
www.anews.az
























