Filippində daşqın qurbanlarının sayı 46 nəfərə çatıb

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 46 nəfər ölüb, daha 28 nəfər itkin düşüb.
Bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurası məlumat verib.
Daşqınlar ölkənin 10 regionda 509,3 mindən çox insana ziyan vurub.
Hazırda 56,8 min məcburi köçkün 151 təxliyə mərkəzindədir. Azı 1,42 min nəfər əvvəlcədən evlərini tərk edib, 12 nəfər müxtəlif xəsarətlər alıb.
www.anews.az
























