Filippində zəlzələ olub

Filippinin sahilində 5,2 maqnitudalı zəlzələ olub.
Bu barədə ABŞ-ın geoloji xidməti məlumat yayıb.
Təbiət hadisəsinin episentri əhalisi 67 min nəfər olan Bisliq şəhərindən 72 km məsafədə yerləşib. Eyni zamanda yeraltı təkanların ocağı 35 km dərinlikdə qeydə alınıb.
www.anews.az
























