Türkiyə yeni pilotsuz uçuş aparatını uğurla sınaqdan keçirib

Türkiyənin "Baykar” şirkəti "Bayraktar” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının sınaqlarını uğurla həyata keçirib.
Bu barədə "Anadolu" xəbər verir ki, şirkətdən məlumat verilib.
Bildirilib ki, PUA-nın 8000 fut yüksəkliyə qaldırılması ilə bağlı sınaqlar uğurla başa çatıb.
Bu ildə istifadəyə verilməsi planlaşdırılan PUA avtonom və yarı avtonom uçuş, o cümlədən avtonom qalxma və enmə imkanlarına malikdir.
www.anews.az
























