• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya prezidenti İrandakı etirazçılara qarşı repressiyaları pisləyib

İtaliya prezidenti İrandakı etirazçılara qarşı repressiyaları pisləyib
12.01.2023 13:05
İtaliya prezidenti İranda etirazların yatırılmasını kəskin şəkildə pisləyib, bunu İranın yeni səfirinin etimadnamələrinin qəbulu mərasimində çıxışı zamanı deyib.

Prezident Sercio Mattarella Məhəmmədrza Səburi ilə görüşdə İran hökumətinin etirazçıları susdurmaq və onlara qarşı ölüm hökmləri çıxarmaq hərəkətlərini barbarlıq adlandırıb. 

İtaliyanın "La Repubblica” qəzeti yazıb ki, Mattarella İtaliya prezidenti kimi İranın repressiv tədbirlərini pisləməklə yanaşı, həm də şəxsən bu repressiya və edamlardan çox qəzəbləndiyini bildirib.

Prezident Sercio Mattarella İranı nümayişçilərə qarşı repressiyalara son qoymağa çağırıb.

"İtaliya prezidenti nümayişçilərin repressiyaları ilə bağlı kəskin narahatlığını bildirərək, səfiri İran İslam Respublikasının hakimiyyət orqanlarının diqqətinə əhaliyə qarşı zorakılığın dərhal dayandırılması tələbini çatdırmağa çağırıb”,-  məlumatda qeyd olunub.

Bundan əvvəl İran səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, orada da "İtaliyanın qəzəb və narahatlığı” ifadə edilib və ölüm hökmlərinin tətbiqinin dayandırılması barədə məlumat verilib.
 
Aytac Zeynalova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol