• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada 42 yaşlı azərbaycanlı həbs olundu

Rusiyada 42 yaşlı azərbaycanlı həbs olundu
03.04.2014 17:31
 Sankt-Peterbuqrda kriminal avtoriteti qətlə yetirməkdə şübhəli bilinən 42 yaşlı azərbaycanlı həbs olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Albert Rıjıy" ləqəbli sankt-peterburqlu kriminal avtoritet Əli Heydərovun qətlində şübhəli bilinərək axtarışa verilən İlham Hacıyev dünən gecə paytaxt polisinin keçirdiyi əməliyyat nəticəsində yaşadığı mənzildə saxlanılıb. Əməliyyat zamanı kriminal aləmdə "Hamlet" adı ilə tanınan İlham Hacıyevin yaralandığı məlum olub. O, mənzilinin eyvanından qaçmaq istəyərkən polis əməkdaşlarına müqavimət göstərib. Bu zaman polis əməkdaşları travmatik silahdan İ.Hacıyevə atəş açıblar. Qeyd edək ki, Ə.Heydərov martın 18-də Sankt-Peterburqda qətlə yetirilib. Bu qətl kriminal aləmdə "qanuni oğru"lar arasında 2010-cu ildə başlanan savaşın davamı sayılır. Ə.Heydərovun qətlini məşhur kriminal avtoritet, 2013-cü ilin 16 yanvarında qətlə yetirilən Ded Xasana yaxınlığı ilə əlaqələndirirlər. “Albert Rıjıy” ləqəbli Ə.Heydərov Şimal-Qərbi Rusiyada Ded Xasanın maraqlarını müdafiə edirmiş. Bu səbəbdən onun Ded Xasanın düşmənləri ilə konflikt yaşadığı bildirilir. Ə.Heydərovun qətlində şübhəli bilinən İ.Hacıyevin isə hazırda Türkiyədə gizlənən qanuni oğru Namiq Səlifov və onun qardaşı, uzun müddətdir Azərbaycanda həbsdə saxlanılan “qanuni oğru” Nadir Səlifovun qohumu olduğu bildirilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol