İranda zəlzələdə yaralananların sayı 800 nəfəri ötüb

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 800 nəfərə çatıb.
Bu barədə "İSNA” agentliyi məlumat yayıb.
Zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 sakin isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.
www.anews.az
























