• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada öldürülən Azərbaycan vətəndaşının kimliyi məlum oldu

Suriyada öldürülən Azərbaycan vətəndaşının kimliyi məlum oldu
02.04.2014 16:04
Ötən gün Suriyada ölüm xəbəri yayılan azərbaycanlının kimliyi müəyyənləşib. Bu barədə APA-ya ölüm xəbəri yayılan “Həsən Azəri” ləqəbli Azərbaycan vətəndaşının anası Zümrüd Məmmədova məlumat verib. Z. Məmmədova bildirib ki, oğlu Məmmədov Həsən Mikayıl oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. Anası oğlunun Suriyada həlak olması barədə məlumatı APA-dan oxuduğunu deyib: “Şəklini görən kimi tanıdım. Bu mənim oğlum Həsəndir. Onun ölümünə inanmıram. Kaş bu məlumat yalan olaydı”. Z. Məmmədova qeyd edib ki, H. Məmmədov iki il əvvəl heç kimə xəbər vermədən ölkədən gedib: “Hara getdiyini bilmirdik. O vaxt bu barədə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat verdik. Araşdırdılar, məlum oldu ki, Həsən Astara rayonu ərazisindən İrana keçib. Lakin bir müddət sonra oğlum evə zəng edərək Əfqanıstanda olduğunu dedi. Nə qədər çalışsaq da, onu geri qaytara bilmədik. Hər dəfə danışanda ora şəhid olmaq üçün getdiyini deyirdi. Bizi isə buna qarşı çıxdığımız üçün kafir adlandırırdı”. Anasının dediyinə görə, oğlu ilə sonuncu dəfə ötən ilin iyulunda danışıb: “Həsənin həyat yoldaşı və üç övladı var. Gedəndə onları da özü ilə aparmaq istədi, lakin ailəsi getmədi. Ötən ilin iyulunda evə zəng etmişdi. Yenə qayıtmasını tələb etdik, bizi eşitmədi”. Z. Məmmədova oğlunun radikal dini qruplaşmalara bir neçə il əvvəl qoşulduğunu deyib: “Biz şiə təriqətinin nümayəndələriyik. Bir neçə il əvvəl Həsənin saqqal saxlayan dindarlara qoşulduğunu eşitdim. Onun başını doldurub yoldan çıxarmışdılar. Çox çalışdım, lakin onu bu yoldan döndərə bilmədim”. Z. Məmmədova sonda oğlunun taleyinə aydınlıq gətirilməsini istəyib: “Hüquq-mühafizə orqanlarından, həmçinin mətbuat nümayəndələrindən xahiş edirəm, oğlumun taleyinə aydınlıq gətirsinlər. Övladımın taleyindən çox narahatam”. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol