• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ukraynada vediyi itkilərinin sayını açıqlayıb

Rusiya Ukraynada vediyi itkilərinin sayını açıqlayıb
03.02.2023 10:09
Ukraynada ölü və yaralılarının sayı 200 min nəfər çatıb. Bu barədə  "The New York Times" nəşri məlumat yayıb.

 
ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat hesablamalarına görə, Ukraynada ölən və yaralanan rus hərbçilərinin sayı durmadan artır.
 
Bildirilib ki, ötən ilin sonunda Böyük Britaniyanın müdafiə naziri Ben Uolles fevral işğalı nəticəsində 100 000 rus əsgərinin öldürüldüyü, yaralandığı və ya fərarilik etdiyini bildirmişdi. 
 
Yanvarda ABŞ rəsmiləri Rusiya tərəfinin itkilərinin 200 minə yaxınlaşdığına inandıqlarını söyləyiblər. Bu, Əfqanıstanda 20 il davam edən müharibədə ABŞ-ın itkilərindən 8 dəfə çoxdur.
 
Yanvarın 20-də Ramştaynda 50 ölkənin müdafiə nazirlərinin iştirakı ilə toplantı keçirilib.
 
Rusiyanın digər döyüş itkiləri 3197 tank, 6366 zirehli maşın, 1947 operativ-taktiki PUA, 2195 artilleriya sistemi, 453 reaktiv yaylım atəşi sistemi, 221 hava hücumundan müdafiə sistemi, 293 təyyarə, 16 gəmi, 284 helikopter, 796 qanadlı raket, 5 037 avtomobil və tanker, 199 xüsusi texnikadan ibarətdir.
 
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Aytac

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol