Ukraynada ölən uşaqların sayı açıqlanıb

Rusiyanın Ukraynaya silahlı hücumu nəticəsində 461 uşaq həlak olub, 919-u yaralanıb. Bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram”da məlumat yayıb.
"6 fevral 2023-cü il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində Ukraynada 1380-dən çox uşaq xəsarət alıb. 461 uşaq ölüb, 919-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.
Ukraynadakı müharibə səbəbindən 5 milyondan çox uşaq təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Valideynlər mümkün təhlükəni nəzərə alaraq, övladlarını məktəbə göndərməkdən çəkinir. Elektrik enerjisinin kəsilməsi isə onlayn təhsili mümkünsüz edir.
Aytac
www.anews.az
























