• $
  • €
  • ₽
  • ₺
  • £

Hatayın 42 min əhalisi olan rayonunda bir bina belə uçmayıb

Hatayın 42 min əhalisi olan rayonunda bir bina belə uçmayıb
11.02.2023 20:00
Türkiyənin Hatay əyalətinin Erzin rayonunda zəlzələ nəticəsində bir bina belə uçmayıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Hatay əyalətinin Erzin rayonunun 42 min əhalisi var. Bu rayon Hatay şəhərindən 110, Osmaniyədən isə 20 km-lik məsafədə yerləşir. Zəlzələ nəticəsində bina uçmadığı üçün itki də olmayıb.

Erzin rayon bələdiyyəsinin sədri Ökkeş Elmasoğlu deyib ki, yeraltı təkanlar nəticəində heç yaralanan da olmayıb: "Erzindən kənarda - İskəndərun, Hatay, Osmaniyədə yaşayan 50-60 sakinimiz hadisə nəticəsində öldü. Ancaq Erzində zəlzələ zamanı ölən və yaralanan olmadı”.

Təbii fəlakətdən zərər görməmələrinin səbəbindən bəhs edən bələdiyyə sədri deyib ki, onun dönəmində rayon ərazisində qanunsuz tikintiyə icazə verməyib: "Bəzən bələdiyyə sədri olaraq mənə hirslə deyirdilər: ”Səndən başqa məmləkətdə doğru adam yoxdur? Hətta seçkilərdən sonra uzaq qohumlardan biri yanıma gəlib dedi: "Qanunsuz tikiliyə görə cərimələnmişəm”. Sədr ona yardım edə bilməyəcəyini deyib: "O da mənə hirslə dedi: "Türkiyənin doğru adamı tək sənsən?”.

Bələdiyyə sədri vicdanının rahat olduğunu vurğulayaraq qanunsuz tiklilyə icazə vermədiyini söyləyib.

1999-cu il avqustun 17-də baş vermiş Gölcük zəlzələsində Kocaeli əyalətinin Dilovası rayonunun Tavşancıl kəndində dağıntı olmamışdı.

Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb, 80 097 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol