• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ səfirliyi amerikalıları Rusiyanı tərk etməyə çağırıb

ABŞ səfirliyi amerikalıları Rusiyanı tərk etməyə çağırıb
13.02.2023 17:34
ABŞ səfirliyi Rusiya hərbi qüvvələrinin Ukraynaya təxribatsız müdaxiləsinin gözlənilməz nəticələrinə görə öz vətəndaşlarını Rusiyaya gəlməməyə və onu təcili tərk etməyə çağırıb. Bu barədə bəyanat diplomatik nümayəndəliyin saytında dərc olunub.

Bildirilir ki, Rusiya kəşfiyyat orqanları tərəfindən qanunsuz həbs, özbaşınalıq, uçuşlara qadağa qoyulması və səfirliyin konsulluq yardımı göstərmək imkanlarının məhdudluğuna görə bu addım atılır. 

ABŞ hökumətinin Rusiyada ABŞ vətəndaşlarına təcili yardım xidmətləri göstərmək imkanları, xüsusən də ABŞ-ın Moskvadakı səfirliyindən uzaq ərazilərdə ciddi şəkildə uzaq durmağı məsləhət biliblər.

Hesabatda vurğulanır ki, sentyabrda səfərbərlik elan edildikdən sonra Rusiya ikili ABŞ vətəndaşlığını tanımaqdan imtina edə, vətəndaşları konsulluq yardımından məhrum edə, onları hərbi xidmətə cəlb edə, habelə ölkədən çıxmasına mane ola bilər.

Səfirlik həmçinin bildirir ki, ABŞ vətəndaşları bilməlidirlər ki, ABŞ-ın kredit və debet kartları Rusiyada işləmir və Rusiya banklarına tətbiq edilən sanksiyalara görə ABŞ-dan elektron köçürmə imkanları son dərəcə məhduddur. 

ABŞ səfirliyi hər hansı siyasi və sosial etirazlardan qaçmağı və Rusiya təhlükəsizlik işçilərinin şəklini çəkməməyi tövsiyə edir.

ABŞ səfirliyi sonuncu dəfə oxşar xəbərdarlığı sentyabrın 27-də, Rusiya səfərbərliyi elan edildikdən bir həftə sonra verib. 
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol